Rusiya ilə Azərbaycanı strateji əməkdaşlıq əlaqələri birləşdirir.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat nümayəndələri üçün keçirdiyi brifinqdə bildirib.
Rusiya XİN rəsmisi iki ölkə arasında iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrin inkişafından danışıb:
“Bu əməkdaşlığın əsasında bərabərhüquqluluq prinsipi, mehriban qonşuluq, çoxəsrlik dostluq dayanır. İki ölkə arasında dövlət başçıları, hökumətlər və parlamentlər səviyyəsində qarşılıqlı faydalı, etibarlı əlaqələr mövcuddur”,- deyə Zaxarova bildirib.