Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyaya qarşı cavab ölçüləri ilə bağlı bütün qərarların qəbul olunduğunu bəyan edib
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə RT məlumat yayıb.
“Rusiya tərəfinin cavab tədbirləri ilə bağlı qərarlar qəbul olunub, yaxın saatlarda olmasa da, yaxın müddətdə Britaniya tərəfinin diqqətinə çatdırılacaq” deyə Zaxarova bildirib.
Martın 14-də Böyük Britaniya baş naziri Tereza Mey, Moskvanın keçmiş kəşfiyyat polkovniki Serqey Skripalın zəhərlənməsində əlinin olduğunu bildirərək, Londondan 23 rusiyalı diplomatın qovulacağını elan edib.
Rusiya hökuməti bu iddiaları rədd edərək, Skripalın və onun qızının zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığını bildirib və Londona qarşı cavab tədbirlərinin qəbul olunacağını xəbərdar edib.