“Oktyabrın 14-də Moskva Konservatoriyasının Böyük zalında Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) 80 illik yubileyinə həsr olunmuş
qala gecəsi keçiriləcək”.
Cixisyolu.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi
Mariya Zaxarova brifinq zamanı bildirib.
O xatırladıb ki, universitetin məzunları arasında Azərbaycan Prezidenti İlham
Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də var.
Diplomatın sözlərinə görə, institut beynəlxalq məsələlər üzrə yüksək ixtisaslı
mütəxəssislərin hazırlanmasında böyük xidmətlər göstərib.
“MDBMİ məzunları Rusiya diplomatik xidmətinin onurğa sütununu təşkil edir və
həm mərkəzi aparatda, həm də Rusiyanın xarici nümayəndəliklərində rəhbər
vəzifələrdə çalışırlar”, – deyə Zaxarova vurğulayıb.
Zaxarova MDBMİ-nin yubileyinin qeyd olunması çərçivəsində müxtəlif tematik
tədbirlərin, konfransların və idman yarışlarının planlaşdırıldığını vurğulayıb.
Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində məzunlarla görüşlər
keçirilir, ali məktəb haqqında sənədli film çəkilib.
Prezidenti İlham Əliyev də var”
Zaxarova: “MDBMİ-nin məzunları arasında Azərbaycan Prezidenti İlham Əliyev də
var”