Zaxarova: Moskvada “Arsax”ın nümayəndəliyi yoxdur

Zaxarova: Moskvada “Arsax”ın nümayəndəliyi yoxdur

Baxış sayı: 5. 612 dəfə baxılıb.

KİV-də yayılan məlumatda separatçı “DQR”-nin nümayəndəsi kimi göstərilən Albert Andriyan Rusiya XİN-də Ermənistanın Moskvadakı səfirinin müşaviri kimi qeydiyyatdan keçib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə jurnalistlərin Moskvada separatçı rejimin nümayəndəliyinin açılması ilə bağlı sualına cavab verərkən Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova deyib.

“Moskvada “Arsax”ın heç bir nümayəndəliyi yoxdur”, – M. Zaxarova bildirib.

Onun sözlərinə əsasən, məlumatlarda adı çəkilən Albert Andriyan Ermənistan Respublikasının Rusiyadakı səfirliyində işləyir.

“A.Andriyan Rusiya XİN-də akkreditasiyadan belə keçib”, – Zaxarova deyib.

www.ÇıxışYolu.Com