03198df5-e4ca-4512-a6da-84c740356b11..jpg

Zaxarova: “Qarabağda yeni beynəlxalq missiyanın yerləşdirilməsi üçün Azərbaycanın da razılığı lazımdır”

Baxış sayı: 907 dəfə baxılıb.

Zaxarova: “Qarabağda yeni beynəlxalq missiyanın yerləşdirilməsi üçün
Azərbaycanın da razılığı lazımdır”

“Qarabağda yeni beynəlxalq missiyanın yerləşdirilməsi üçün Azərbaycanın da
razılığı lazımdır”.

Bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə
Ermənistanın Qarabağda hər hansı beynəlxalq missiyanın yerləşdirilməsi
ideyasına Moskvanın necə yanaşdığı ilə bağlı sualı cavablandırarkən bildirib.

Zaxarova ilk olaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən,
Qarabağda Rusiya hərbi kontingentinin yerləşdirildiyini xatırladıb və bildirib
ki, bir çox məsələlər tərəflərin özlərinin siyasi iradəsindən asılıdır.

“Vacibdir ki, üçtərəfli razılaşmaların bütün müddəalarına riayət olunsun.
Çünki bu razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının
“yol xəritə”sini müəyyən edib. O ki qaldı yeni missiyaya, bunun üçün İrəvanın
olduğu kimi, Bakının da razılığı tələb olunur. Lakin bu gün biz belə bir şey
görməmişik. Hər iki tərəfin bununla bağlı razılığının mövcudluğunu nəzərdə
tuturam”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Source link