ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnasakanyanla görüşəcək.
Bu barədə Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova məlumat verib.
“Bu gün ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə keçirəcəyi görüşdə bütün məsələlər müzakirə olunacaq”, – deyə Zaxarova bildirib.
Qeyd edək ki, görüş Azərbaycan və Ermənistan liderləri arasında aparılacaq danışıqlar ərəfəsində, martın 28-də Vyanada keçiriləcək.