“Rusiya Bakı və İrəvanı tərəflər arasında gərginliyə səbəb ola biləcək
qarşılıqlı sərt ritorikadan çəkinməyə çağırır”.
Cixisyolu.com “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü həftəlik
brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
bildirib.
“Qaçqınlar və müvəqqəti köçkünlər mövzusu hər iki tərəf üçün aktualdır. Bunu
nəzərə alaraq, biz Bakı və İrəvan üçün bütün humanitar məsələlər, o cümlədən
mədəni, tarixi, abidələrin qorunması ilə bağlı dialoqu aktivləşdirməyi faydalı
hesab edirik”, – Zaxarova bildirib.
Onun sözlərinə görə, insanların belə yanaşmaya böyük tələbatı var. Əgər bu
məsələlərin həlli üçün Moskvanın cəlb edilməsinə ehtiyac varsa, o zaman Rusiya
tərəfi buna hazırdır.