1b93ae19-8c20-4d3a-8906-fbfc2c69a71d..jpg

Zaxarova: “Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə tarixi sənəddir”

Baxış sayı: 2. 000 dəfə baxılıb.

Zaxarova: “Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında
bəyannamə tarixi sənəddir”

“2022-ci ilin fevralında imzalanmış Rusiya ilə Azərbaycan arasında müttəfiqlik
əməkdaşlığı haqqında bəyannamə heç bir mübaliğəsiz tarixi sənəddir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
həftəlik brifinqdə bildirib.

Onun sözlərini görə, bu, ölkələrimiz arasında münasibətlərin yeni keyfiyyətini
təsbit edib.

“Qarşıdakı illər üçün bütün sahələrdə əməkdaşlığın inkişafı üçün əsas
istiqamətlər müəyyən edilib. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik
münasibətləri həm regional, həm də beynəlxalq müstəvidə sabitləşdirici amildir.
Bakı ilə birlikdə biz onun müddəalarının həyata keçirilməsi üzərində işləyirik
və Bəyannamənin imzalanmasının ildönümü münasibətilə bir sıra tədbirlər
planlaşdırılıb”, – Mariya Zaxarova bildirib.

Source link