Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarından
çıxarılması İrəvan tərəfinin xahişi ilə müzakirə olunub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
bu gün keçirdiyi brifinqdə bildirib.
O, mayın 8-də Rusiya və Ermənistan başçıları arasında keçirilən görüşlə bağlı
çoxlu sayda spekulyasiya olduğunu deyib.
“Rusiya tərəfinin guya öz sərhədçilərinin Ermənistan ərazisindən tamamilə
çıxarılmasını təklif etməsi ilə bağlı fərziyyələr doğru deyil. Digər mənbələr
iddia edirdi ki, sərhədçilərin geri çəkilməsi Bakı və İrəvan arasında üçüncü
dövlətlərin nümayəndələrinin birgə sərhəddə yerləşdirilməməsinə dair
razılaşmalar çərçivəsində həyata keçirilir. Bütün bunlar spekulyasiyadır.
Reallıq nədir? Reallıq budur ki, Rusiya və Ermənistan liderləri arasında
danışıqlar zamanı İrəvan tərəfinin xahişi ilə Ermənistanın Azərbaycanla
həmsərhəd olan bir sıra rayonlarından Rusiya sərhədçilərinin əvvəllər verilmiş
bir sıra tapşırıqların icrası ilə əlaqədar çıxarılması müzakirə edilib”, – deyə
Zaxarova bildirib.