Zaxarova Türkiyə-Ermənistan protokollarının ləğvindən danışdı

Zaxarova Türkiyə-Ermənistan protokollarının ləğvindən danışdı

Baxış sayı: 6. 447 dəfə baxılıb.

Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin hər iki dövlətin maraqlarına uyğun normallaşdırılmasının vacib olması nöqteyi-nəzərindən çıxış edir. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə çərşənbə brifinqdə Rusiyanın XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyə ilə Ermənistan arasında Sürix protokollarının ləğv edilməsini şərh edərkən məlumat verib. 

“Rusiya nümayəndəliyi Sürixdə idi və bu protokolların hazırlanması prosesində fəal iştirak edib. Biz bu danışıqlara qiymət verdik və onlar aktuallığını saxlayır. Biz Ermənistan və Türkiyə arasında münasibətlərin hər iki dövlətin maraqıarına uyğun normallaşdırılmasının vacib olması nöqteyi-nəzərindən çıxış edirik. Həmişə məhz bu məqsədə nail olunması üçün əlimizdən gələni etmişik”, – deyə Zaxarova qeyd edib.

Qeyd edək ki, 2018-ci ilin mart ayının 1-də Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması barədə 2009-cu ildə imzalanan prokolların ləğvi haqqında danışıb.

.
www.ÇıxışYolu.Com