Zelenski 15 qubernatoru işdən çıxardı

Baxış sayı: 2. 959 dəfə baxılıb.

Zelenski 15 qubernatoru işdən çıxardı

Ukrayna Prezidenti Vladimir Zelenski 15 vilayət dövlət administrasiyasının rəhbərini vəzifəsindən azad edib.

Lenta.ru-nun məlumatına görə, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka bildirib.

Onun sözlərinə görə, vəzifəsindən azad edilənlər Kiyev, Çerniqov, Odessa, Xerson, Ternopol, Poltava, Lvov, Kirovoqrad, İvano-Frankovsk, Zaporojye, Zakarpatiya, Volın, Nikolayev, Sumi və Xmelnitski vilayətlərinin rəhbərləridir.

Bundan əvvəl V.Zelenskinin mətbuat katibi Yuliya Mendel bildirmişdi ki, dövlət başçısı bütün qubernatorların dəyişdirilməsini zəruri hesab edir.

Belə qərarın səbəbi barədə isə dəqiq məlumat verilmir.