99142466-3c1f-4dd0-a60c-9e4e47ccc0fc.jpg

Zelenski ilə Makron arasında aparılan danışıqların təfərrüatı məlum oldu

Baxış sayı: 256 dəfə baxılıb.

Ukrayna prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla
görüşdə birgə silah istehsalı məsələsini müzakirə edib.

Cixisyolu.com “Eurointegration”a istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri
məlumat verib.

Zelenskinin sözlərinə görə, silahların birgə istehsalı məsələsi ayrıca
müzakirə olunub.

“Biz bu əməkdaşlığı genişləndirməliyik. Razılığa gəldik ki, bununla bağlı iş
müdafiə nazirləri səviyyəsində aparılsın”, – Zelenski bildirib.

Xatırladaq ki, sentyabrın 25-də Makron ABŞ-də BMT-nin Baş Assambleyasının
79-cu sessiyasında çıxış edib. Tədbir zamanı o, Fransanın Ukraynaya silah
tədarükünü davam etdirəcəyini və onun müqavimətini dəstəkləyəcəyini bildirib.

Source link