Zelenski NATO Hərbi Komitəsinin sədri ilə görüşdü

Baxış sayı: 1. 705 dəfə baxılıb.

NATO Hərbi Komitəsinin sədri Stüart Pitç Ukraynada ölkə Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Bu barədə Ukrayna Prezident Ofisi xəbər yayır.

Söhbətin əsas mövzusu Donbasdakı kəskinləşmə və sükut rejiminə son qoyulması olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Ruslan Xomçak bildirib ki, qonaqla orduda islahatlar aparmaq və onu NATO standartlarına yaxınlaşdırmaq barədə danışlar aparıblab.

Eyni zamanda, Stüart Pitç dövlətin rəhbərliyini və hərbçiləri Şimali Atlantika İttifaqı tərəfindən Ukraynaya davamlı dəstək veriləcəyinə əmin edib.

Stüart Pitç Böyük Britaniyanın keçmiş Baş Qərargah rəisi və aviasiya marşalıdır. Üç il əvvəl NATO-nun ali orqanı olan Hərbi Komitənin sədri seçilib və bu ona bütün İttifaq adından danışma imkanı verir.