Ukraynanın Mərkəzi Seçki Komissiyası rəsmi olaraq Vladimir Zelenskini prezident seçkilərinin qalibi elan edib.
Bu haqda “RİA Novosti” məlumat yayıb.
“Aprelin 21-də keçirilmiş təkrar səsvermənin yekun nəticələrinə görə, Vladimir Zelenski Ukrayna prezidenti seçilib”, – bu haqda Mərkəzi Seçki Komissiyasının sədri Tatyana Slipaçuk çərşənbə axşamı keçirilən iclasda bildirib.
Yekun nəticələrə əsasən, Zelenski ikinci turda 73,22 faiz, Pyotr Poroşenko isə 24,45 faiz səs toplayıb.