Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski seçkilərdə qalib gələcəyi təqdirdə, işə velosipedlə getməyə hazır olduğunu bəyan edib.
Bu barədə “Ukrainskiye novosti” məlumat yayıb.
“Niyə də yox? Birincisi, bu, rahatlıqdır. Mən bacarıram”, – deyə o vurğulayıb.
Bununla yanaşı Zelenski mühafizə xidmətinin onun işə velosipedlə getməsinin əleyhinə olduğunu deyib.
Qeyd edək ki, bu gün Ukraynada prezident seçkiləri keçirilir. Zelenski birinci turda qələbəyə ən real namizədlərdən sayılır.