Ukrayna prezidentliyinə namizəd, şoumen Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bəyan edib.
“Lakin, biz ərazilərimizi və insanlarımızı heç vaxt qurban etməyəcəyik. Ukraynanın bütövlüyü bizim üçün əsas şərtdir”,- deyə İnterfaks-Ukrayna Zelenskiyə istinadən bildirib.
Prezidentliyə namizəd Donbasda atəşin mümkün qədər tez kəsilməli olduğunun vacibliyini vurğulayıb.
O həmçinin qeyd edib ki, problemin həlli üçün Minsk sazişi çərçivəsində danışıqlar davam etdirilməlidir, “lakin, bu formatda müəyyən dəyişikliklərin edilməsi vacibdir”.