Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski bildirib ki, Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Vladimir Putinlə təkbətək görüşmək istəmir.
“Ukrinform” Kvasnevskiyə istinadən xəbər verib ki, Zelenski Rusiya prezidenti ilə “Normand ” formatında, Angela Merkel və Emmanuel Makronun iştirakı ilə görüşmək istəyir. Kvasnevski bu qərarı “ədadlətli qərar” adlandırıb:
“Bu format onun üçün müdafiə çətiri rolunu oynayacaq. Axı Putin kimi siyasi güclə təkbətək görüş Zelenski üşün xoş nəticələnməyə bilər”.