Zelenski rus dilindən tərçüməçi istədi, ABŞ-nin xəyanətindən danışdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ukrayna Prezidenti Volodimir Zelenski artıq rus dilində tərcüməçiyə ehtiyacı
olduğunu bildirib.
Bu barədə o, Kiyevdə keçirdiyi mətbuat konfransında bəyan edib.
Belə ki, Türkiyənin Anadolu informasiya agentliyinin müxbiri dövlət başçısına
Qəzza zolağında baş verənlərlə bağlı rus dilində sual ünvanlayıb.
“Həyat o qədər dəyişib ki, indi mənə rus dilindən tərcüməçi lazımdır”, – deyə
ukrayna lideri cavab verib.
Zelenski həmçinin ABŞ-nin Ukraynaya mümkün xəyanətindən də danışıb. Dövlət
başçısı Amerika Birləşmiş Ştatlarına əmin olduğunu və buna görə də ölkəsinin
tam dəstək və maliyyə yardımı alacağını bildirib.
“Maliyyə yardımına gəlincə. Biz bunun üzərində çox işləyirik. Əminəm ki, ABŞ
bizə xəyanət etməyəcək”, – deyə Zelenski deyib.
Prezident qeyd edib ki, Ukraynanın ABŞ-dən maliyyə yardımı alacağına əmindir.
“Mənə elə gəlir ki, Bayden və hər iki palata ilə anlaşma əldə etmişəm.
Baxacağıq”, – deyə o vurğulayıb.
Mənbə: rbc.ua