Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Türkiyə ilə hava əlaqəsini dayandırması fonunda Türkiyəyə turist axınının artırılmasının vacibliyini bəyan edib.
Bu barədə o, feysbuk səhifəsində yerləşdirdiyi videomüraciətində bildirib.
Ukraynalı liderin sözlərinə görə, o, aprelin 10-da Türkiyəyə səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla qarşılıqlı turizm üçün əlverişli şəraitin yaradılması məsələsini müzakirə edib.
Zelenski Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırılması fonunda hazırda Türkiyə ilə Ukrayna arasında dəstək və əməkdaşlığın xüsusilə vacib olduğunu bildirib.
Qeyd edək ki, aprelin 12-də Rusiyanın Operativ Qərargahı aprelin 15-dən mayın 1-dək Türkiyə ilə hava nəqliyyatını dayandırmaq barədə qərar qəbul edib. Öz növbəsində, Türkiyə də Rusiyaya bütün aviareysləri dayandırıb. Türkiyə Hava Yolları 15 aprel – 1 iyun tarixlərində həftədə yalnız iki dəfə xüsusi uçuşlar həyata keçirəcək.