Zeman: “Noviçok” Çexiyada istehsal olunub

Zeman: “Noviçok” Çexiyada istehsal olunub

Baxış sayı: 2. 134 dəfə baxılıb.

Çexiya prezidenti Miloş Zeman ölkədə “Noviçok” sinir-paralitik qazının istehsal olunduğunu və sınaqdan keçirildiyini etiraf edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

“Nəticə belədir ki, bizim ölkədə az miqdarda olsa da   “Noviçok” istehsal olunub və sınaqdan keçirilib, ancaq sonradan məhv edilib. Bunun belə olmadığını demək, riyakarlıq olardı”, – deyə Zeman vurğulayıb.

Ölkənin daxili kəşfiyyat xidmətinin hesabatına əsasən qazın istehsalı Brno laboratoriyasında həyata keçirilib.

Qeyd edək ki, bundan əvvəl Britaniya hökuməti Solsberidə keçmiş rusiyalı casus Serqey Skripalı zəhərləyən “Noviçok” maddəsinin Rusiyada istehsal olunduğunu iddia edirdi.

.
www.ÇıxışYolu.Com