ace47f7b-b33b-4579-bbe9-fc571379e252..jpg

“Zenit”in hücumçusu: “Neftçi” ilə oyun mənə çox lazımdır”

Baxış sayı: 391 dəfə baxılıb.

“Zenit”in hücumçusu: “Neftçi” ilə oyun mənə çox lazımdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heç vaxt Bakıda olmamışam. “Neftçi” ilə oyun şəxsən mənə çox lazımdır”.

“Report” xəbər verir ki, bunu Rusiyanın “Zenit” klubunun futbolçusu Uilson
İzidor “Neftçi”yə qarşı keçiriləcək yoxlama görüşü barədə danışarkən deyib.

23 yaşlı fransalı hücumçu oyun praktikası toplamaq üçün qarşılaşmaya ciddi
yanaşdığını bildirib:

“Sankt-Peterburqa qayıtdıqdan sonra Rusiya çempionatında qalib gəlmək üçün
oyun praktikası qazanmalı, özünəinamı bərpa etməli, qarşıdakı rəsmi görüşlərə
hazır olmalıyam. Növbəti oyunu kiminlə və necə oynamağımızın heç bir fərqi
yoxdur. Rəqibin “Neftçi”, “Zenit”in əvəzedici heyəti olmasının və ya
qeyri-rəsmi, yoxsa rəsmi görüş keçirməyimizin önəmi yoxdur. Mən yüz faiz gücümü
ortaya qoyacağam. Optimal formaya qayıtmalıyam. Oyun praktikası artdıqca qollar
da gələcək”.

Qeyd edək ki, bu gün “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zenit” görüşü
saat 21:00-da başlayacaq.

Source link