62c2a41f-ae17-4da0-a13d-7efcce7e8092..jpg

Zeynəb Dostəliyevanın vəziyyəti ağırdır: Bacısı DANIŞDI – FOTO

Baxış sayı: 875 dəfə baxılıb.

Zeynəb Dostəliyevanın vəziyyəti ağırdır: Bacısı DANIŞDI – FOTO

Bir neçə gündür xəstəxanaya yerləşdirilən Xalq artisti Nazpəri Dostəliyevanın
bacısı, müğənni Zeynəb Dostəliyevanın vəziyyəti ağırlaşıb.

Xalq artisti Lent.az-a açıqlamasında bildirib ki, bacısı hazırda
reanimasiyadadır və vəziyyəti ağır olaraq qalır:

“Az əvvəl xəstəxanadan gəlirəm. Bacımın vəziyyəti ağır olaraq qalır. Həkimlər
müalicə edirlər və hələlik yaşayacağına heç bir zəmanət verə bilmirlər. Sadəcə
qanında virus yayıldığı üçün qanı qatlaşıb, ürək damarında tromb əmələ gəlib.
Hazırda qaraciyər və böyrək tranplantasiyasına ehtiyacı var və bir-iki günə hər
şey dəqiqləşəcək. Allah köməyimiz olsun”.

Qeyd edək ki, Zeynəb Dostəliyeva daha öncə böyəryindən müalicə alırdı. Lakin
ötən həftə qripə yoluxduğuna görə vəziyyəti ağırlaşıb.

Source link