Zeynəb Xanlarovovanın xidməti avtomobilinə cərimə yazılıb? – İDDİA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sabiq deputat, Xalq artisti Zeynəb Xanlarovanın xidməti avtomobili barəsində
yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə
məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub.
“Qaynarinfo”nun məlumatına görə, Zeynəb Xanlarovanın Dövlət Ansamblının adına
olan avtomobili barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi
ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi
şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində
olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş
fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə
sorğusu daxil olduğu vaxtdan beş gün müddətində verilməməsinə görə vəzifəli
şəxslər 150 manat, hüquqi şəxslər 300 manat cərimə edilir.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.