Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində davam etdirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2434 nəfərə çatıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, TSQ-nin məlumatında bildirilir ki, son sutkada PYD, YPG və İŞİD terror təşkilatlarının 139 üzvü məhv edilib.
Bundan başqa, Afrinin Racu rayonun mərkəzi, həmçinin, Ramadiyə və Namilək kəndləri terrorçulardan azad edilib.
Qeyd edək ki, Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi “Zeytun budağı” adlı anti-terror əməliyyatı 42 gündür davam edir.