6de0f1a0-25f3-41bd-9a56-9fb8025576c4..jpg

Zeytun yağı niyə BAHALAŞIB?

Baxış sayı: 505 dəfə baxılıb.

Zeytun yağı niyə BAHALAŞIB?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım
müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda
göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan
yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,50 manat
aralığında təklif olunan birlitrlik zeytun yağları isə son günlərdə 17-18
manata təklif olunur.

Bəs qiymətin bu qədər artması nə ilə bağlıdır?

Mövzu ilə bağlı Bizim.media-nın suallarını cavablandıran iqtisadçı ekspert
Akif Nəsirli bildirib ki, əvvəllər Azərbaycanda istehsal edilən zeytun
yağlarının yarımfabrikatları xaricdən idxal olunurdu:

“Artıq bir ildir ki, ölkəmizdə də bu yarımfabrikatların istehsalına start
verilib. Ola bilsin ki, bahalaşma bununla əlaqədardır. Yəni yerli xammaldan
əldə edilən məhsulun baha baş gəlməsi səbəbindən qiymət artımının baş verməsi
mümkündür.

Onun sözlərinə görə, son vaxtlar ölkəyə idxal olunan zeytun yağlarının
dəyərində də artımlar nəzərə çarpmaqdadır:

“Bahalaşma bütün dünyada baş verməkdədir ki, bu da özünü soyuq sıxılma ilə
əldə olunan yağlarda göstərir. Marketlərdə satılan şəffaf yağlar isə rafinə
edilib”.

Ekspert zeytun yığımının bir neçə ay əvvəl başa çatmasının qiymət artımının
səbəblərindən biri olmadığını qeyd edib:

“Yığım ötən il oktyabrın axırı, noyabrın əvvəlində başa çatıb və bundan cəmi
3-4 ay keçib. Növbəti mövsümə isə hələ 8-9 ay vaxt qalıb. Bu baxımdan da
xammalın tez tükəndiyini və zeytun yağının buna görə bahalaşdığını düşünmürəm.
Xammal tükənsə belə, istehsalçılar bunu idxalla kompensasiya edə bilərlər”.

Source link