f4ed7e18-4c03-4a03-9c0e-9d61a766e7cd..jpg

Zibilyığan olmaq üçün hər şey edilən, qeyri-adi vergiləri olan şəhər – VİDEO

Baxış sayı: 623 dəfə baxılıb.

Zibilyığan olmaq üçün hər şey edilən, qeyri-adi vergiləri olan şəhər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-nin efirində Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda
necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə okean sahilindəki çimərliklərinə, hündürlüyü 38 metr olan Korkovado
dağından qollarını açmış İsa Məsih heykəlinə və məşhur karnavallarına görə adı
dillər əzbəri olan Rio de Janeyrodan bəhs olunub.

Bu şəhər 1960-cı ilə qədər Braziliyanın paytaxtı hesab olunub. Çoxları elə
bilir ki, buranın əhalisi dünyanın ən yaxşı qəhvəsini içir və bütün günü okean
sahilində istirahət edir.

Əlbəttə ki, Rioda yaşayıb bunlardan məhrum olmaq mümkün deyil. Bəs görəsən
riolular həyatlarını necə keçirirlər?

Braziliyanın hər yerində olduğu kimi, Rio de Janeyroda da dövlət
xəstəxanalarında müalicə pulsuzdur. Amma hər şey o qədər də yaxşı deyil. Dövlət
xəstəxanaların dərmanla və digər lazımi tibbi avadanlıqlarla təchiz olunmasına
maliyyə ayırmaqda çətinlik çəkir. Maraqlısı budur ki, xəstəxanalarda həkimlər
neçə saat işləyəcəklərinə də özləri qərar verirlər. Qazanc isə çalışdıqları
vaxtdan asılıdır.

Elə həkimlər var ki, aya 1 600 dollar (2 720 manat), elələri də var ki, 5 000
dollar (8 500 manat) qazanırlar. Braziliyada aylıq 500 dollar, yəni 850 manat
normal yaşayışı təmin edir. Bundan az gəlir isə kasıb yaşamaq deməkdir. Rio de
Janeyroda zibilyığan kimi işə düzəlmək sizə asan gəlməsin. Şəhərin təmizliyinə
cavabdeh insanlar bununla rəsmi iş yeri qazanmış olurlar, bu isə çox vacibdir.

Dövlət onlara və ailələrinə özəl klinikada sığorta və yaxşı maaş təqdim edir.
Çox vaxt bu işdə çalışanların öz hədəfləri olur. Aldıqları məvacibdən istifadə
edərək gələcək təhsilini düşünənlər və sair planlar quranlar da az deyil. Maaş
isə ortalama 450 dollardır (765 manat). Bundan əlavə Rio de Janeyroda qeyri-adi
vergilər də tətbiq olunur.

Ətraflı süjetdə:


Source link