Zidan: “Real” “Liverpul”la görüşün favoriti deyil

Zidan: “Real” “Liverpul”la görüşün favoriti deyil

Baxış sayı: 2. 138 dəfə baxılıb.

Madridin “Real” klubunun baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının final görüşündən öncə KİV nümayəndələrinin suallarını cavablayıb.

ÇıxışYolu.Com-ın Kiyevə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Zidan komandasını favorit görənlərlə razılaşmadığını və şansların bərabər olduğunu diqqətə çatdırıb:

“Finala çıxmaq asan olmadı. Yenə Çempionlar Liqasının həlledici görüşündə oynayacağımız üçün hədsiz sevinc içindəyik. Ronaldu? O belə matçlar üçün, belə görüşlərdə iştirak etmək üçün yaşayır. Kriştianu tamamilə sağlamdır və oynamağa hazırdır.

Hesab etmirəm ki, “Real” bu görüşün favoritidir. “Liverpul” kimi şanslarımız 50/50-dir. Finalda konkret favorit olmur, şanslar bərabərdir.

Yürqen Klopla müqayisə olunmağım? Mən oyunçu kimi daha yaxşı olmuşam. Məşqçi kimi isə… Bütün məşqçilər fərqlidir, Klopa çox hörmətim var”.

Qeyd edək ki, “Liverpul” – “Real” görüşü sabah Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com