1afcccf9-49eb-4b58-969f-5288a17ceddf..jpg

Zidanın kiçik oğlu La Liqa klubunda çıxış edəcək

Baxış sayı: 533 dəfə baxılıb.

Zidanın kiçik oğlu La Liqa klubunda çıxış edəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Real Madrid”in sabiq futbolçusu və baş məşqçi Zinəddin Zidanın kiçik oğlu
Elias Zidan “Betis”in futbolçusu olacaq.

18 yaşlı fransız futbolçu bir gün əvvəl atasının müşayiəti ilə yeni klubunda
tibbi müayinədən keçib.

Müdafiədə və yarımmüdafiədə sol cinahda çıxış edə bilən futbolçu ilə rəsmi
müqavilə yanvarın 11-də imzalanacaq. Müqavilə müddəti 2026-cı ilə qədər nəzərdə
tutulub.

Qeyd edək ki, Elias “Real”ın akademiyasında çıxış edib. O, “Betis”dəki
çıxışına gənclər komandası ilə başlayacaq.

Mənbə: The Athletic

Source link