Zinəddin Zidanın “Real Madrid” “Liverpul”u Çempionlar Liqasından kənarlaşdıracaq” açıqlaması saxta çıxıb.
“Eurosport” məlumat verir ki, xəbər ən nüfuzlu idman dərgilərində yayımlanıb.
Lakin diqqətli oxuculardan biri araşdırma apararaq xəbərin mənbəyini tapmayıb.
Futbol azarkeşi “fake” xəbərlə əlaqədar Goal.com saytına müraciət ünvanlayıb.
Saytdan verilən açıqlamada yazılıb ki, baş məşqçinin sitatı öz təsdiqini tapmayandan sonra xəbər silinib:
“Biz daha yaxşı olmaq üçün çalışırıq”, – saytın cavabında qeyd olunub.