Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ
dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edilib.
Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi (NİİM) məlumat verilib.
Bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ
dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi
bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
14:14
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ
dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata görə, NİİM-in əməkdaşları tərəfindən məlumat-sürət tablolarında
dəyişiklik edilib. Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.