3f412ecb-fb05-4b55-8839-93528a610fab.jpg

“Zığ” indi Vaşinqtondadır: Dünya Bankı ilk dəfə azərbaycanlı rəssamın əsərlərini aldı

Baxış sayı: 25 dəfə baxılıb.

Dünya Bankı ilk dəfə azərbaycanlı rəssamın əsərlərini alıb.

Cixisyolu.com-ın məlumatına görə, Vaşinqtonda (ABŞ) yerləşən beynəlxalq maliyyə
təşkilatı Azərbaycanın Əməkdar rəssamı Eldar Qurbanovun iki əsərini – “Zığ”
(80X100) və “Reyn çayının sahilləri” (97X97) tablolarını alıb.

Əsərlər Vaşinqtona rulon şəklində göndərilib. Çərçivəyə çəkilmə və haşiyələmə
işləri alıcılar tərəfindən həyata keçirilib.

Tablolar Dünya Bankının direktorunun kabinetinin girişində yerləşdirilib.

Firəngiz Ağalarova

Source link