Dünya Bankı ilk dəfə azərbaycanlı rəssamın əsərlərini alıb.
Cixisyolu.com-ın məlumatına görə, Vaşinqtonda (ABŞ) yerləşən beynəlxalq maliyyə
təşkilatı Azərbaycanın Əməkdar rəssamı Eldar Qurbanovun iki əsərini – “Zığ”
(80X100) və “Reyn çayının sahilləri” (97X97) tablolarını alıb.
Əsərlər Vaşinqtona rulon şəklində göndərilib. Çərçivəyə çəkilmə və haşiyələmə
işləri alıcılar tərəfindən həyata keçirilib.
Tablolar Dünya Bankının direktorunun kabinetinin girişində yerləşdirilib.
Firəngiz Ağalarova