b745d997-b460-4715-baf2-3518a0f103f7..jpg

“Zirə” Çempionlar Liqasında üçüncü yeri tutdu

Baxış sayı: 515 dəfə baxılıb.

“Zirə” Çempionlar Liqasında üçüncü yeri tutdu

Minifutbol üzrə “Zirə” komandası Rumıniyanın Oradea şəhərində keçirilən
Çempionlar Liqasında üçüncü yeri tutub.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi bürünc medal uğrunda
görüşdən qalib ayrılıb.

“Zirə” yerli AEK klubunu üstələyib. Komandamız turnirin ötənilki qalibi AEK-i
5:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycanın Çempionlar Liqasındakı digər komandası “Birbaşa
Bakı” 1/4 finalda məhz AEK-ə uduzaraq, mübarizəni dayandırmışdı.

Source link