“Zirə” səkkiz futbolçu ilə yollarını ayırdı

“Zirə” səkkiz futbolçu ilə yollarını ayırdı

Baxış sayı: 2. 253 dəfə baxılıb.

Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünü başa vuran “Zirə”də bəzi ayrılıqlar reallaşıb. 

ÇıxışYolu.Com klubun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, bu komanda ilə müqaviləsi başa çatan serbiyalılar – Milan Curiç, Yovan Krneta, nigeriyalı Viktor İqbekoyi, Orxan Əliyev və Aleksandr Şemonayev ilə yollar ayrılıb. 

Bundan başqa, icarə müddəti bitən trinidad və tobaqolu Comal Uilyams, makedon əsilli belçikalı Yani Urdinov və Elşən Abdullayev də komandadan ayrılıb.

Qeyd edək ki, “Zirə” cari mövsüm IV yeri tutmaqla avrokuboklarda ölkəmizi təmsil etmək şansından məhrum olub.

S.T.
www.ÇıxışYolu.Com