“Zirə”nin futbolçusunun cəzası azaldıldı, “Sumqayıt”ın şikayəti təmin edilmədi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.
Qurumun rəsmi saytında yer alan xəbərə görə, “Zirə” klubu tərəfindən verilən
şikayət qismən təmin edilib.
Premyer Liqanın XII turunda “Sabah”la matçda qırmızı vərəqə aldığı üçün 4
oyunluq cəza ilə üzləşən “qartallar”ın hücumçusu Vladislav Kulaçın
diskvalifikasiya müddəti azaldılıb. Ona bir matçlıq cəza verilib, digər üç
qarşılaşma isə şərti kimi nəzərə alınıb. Ukraynalı forvarda üç aylıq sınaq
müddəti təyin olunub.
Bundan əlavə, “Sumqayıt”ın şikayəti təmin edilməyib. “Neftçi” ilə XIII tur
görüşündə etdiyi hərəkətə görə qırmızı alan “gənclik şəhəri” təmsilçisinin baş
məşqçisi Samir Abasovun 3 oyunluq cəzası və klubun 1000 manat məbləğində cərimə
edilməsi qüvvədə qalıb.