Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında parlamentin televiziyasının yaradılması təklif edilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu təkliflə hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov (Babaoğlu) çıxış edib.
Millət vəkili deyib ki, Milli Məclisdə qanun layihələri qəbul edilir, amma bunun izahının verilməsi üçün televiziya kanalına ehtiyac var:
“Tutaq ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Bunun mahiyyəti açıqlanmalıdır”.
MM sədrinin birinci müavini Ziyafət Əsgərov da bildirib ki, qanun layihələri qəbul edilir, müəyyən məsələlər müzakirə olunur, amma jurnalistlər buna diqqət yetirmirlər:
“Milli Məclisdə akkreditasiya edilən jurnalistlərin işi parlamentin qəbul etdiyi qanunları təbliğ etməkdir. Amma belə olmur. Əgər kiçik bir insident olarsa, mətbuat bunu dərhal yazır”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com