Zlatko Daliç: Azərbaycanın müdafiəsini qırmaq çətin olacaq

Baxış sayı: 3. 950 dəfə baxılıb.

Zlatko Daliç: Azərbaycanın müdafiəsini qırmaq çətin olacaq

Futbol üzrə Xorvatiya millisinin məşqçilər heyəti mətbuat konfransı keçirib.

ÇıxışYolu.Com xəbər verir ki, baş məşqçi Zlatko Daliç, köməkçi məşqçi İvitsa Oliç və qapıçılar üzrə məşqçi Drajen Ladiç martın 21-də Azərbaycan, martın 25-də Macarıstanla oyunlar haqda fikirlərini bildirib.

“Bizim çox da vaxtımız yoxdur. Ancaq ciddi və məsuliyyətli olmalıyıq. Sonda biz peşəkar davranmasaq, onda bizim işimiz çətin olacaq. İndi biz oyun üslubunu dəyişirik. Biz topa sahib olmalı, səbirli və dominantlıq edən komanda olmalıyıq. Ümid edirəm ki, bizdə zədə baxımından hər şey qaydasına düşəcək. Rəqiblərimizi ciddi analiz etməliyik.

Azərbaycanın müdafiəsini qırmaq çətin olacaq. Onların əks-hücumlarına yol verməməliyik. Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviç komandamız, bizim haqda hər şeyi bilir. Ona görə də biz daha da güclü olmalıyıq. Hazırlıqlardan sonra onlar haqda hər şeyi biləcəyik.

Deyan Lovren bu həftə “Liverpul”un heyətində oynamalıdır. O sağalıb. Baxmayaraq ki, o, Azərbaycana qarşı oynaya bilməyəcək. Ancaq Macarıstanla oyunda hazır formada olacaq”, – deyə Zlatko Daliç qeyd edib.

Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsində ilk oyununu Zaqrebdə dünya ikincisi Xorvatiya yığmasına qarşı keçirəcək.

Səbuhi MUSAYEV