ABŞ Kino akademiyasının rəhbərliyi səsvermə keçirərək məşhur qaçaq rejissor Roman Polanskini qurumun üzvlüyündən çıxarıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Kinoakademiya eyni zamanda məşhur amerikalı yumorist Bil Kosbinin üzvlük statusunu ləğv edib. Buna səbəb onların qadınlara qarşı cinsi istismar və zorlamada ittiham olunmasıdır.
Roman Polanski 1977-ci ildə yetkinlik yaşına çatmamış model Samanta Qeymeri zorlamaqda təqsirləndirilir. Rejissor günahını etiraf etsə də, həbs olunmamaq üçün ABŞ-dan qaçıb.
Polanski “Qızıl palma budağı”, “Qızıl Şir” və “Oskar” mükafatlarının laureatıdır. “Pianoçu”, “Çin məhəlləsi” və “Rozmarinin övladı” filmləri ilə dünya şöhrəti qazanıb.