“Facebook” ötən həftə sosial şəbəkədə Rusiya daxilində dezinformasiya yaymağa xidmət edən “saxta” Rusiya hesabları aşkarlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bunu “Facebook” təsisçisi Mark Zukerberq ABŞ Konqresinin nümayəndələr palatasına verdiyi açıqlamada bildirib.
Zukerberq aşkarlanan bütün saxta hesabların sosial şəbəkədən silindiyini açıqlayıb. Onun sözlərinə görə, həmin hesablar bilavasitə Rusiya mədəniyyətinə və ətrafda olan rusdilli ölkələrə təsir etmək məqsədi daşıyıb.