“Facebook”da təhlükəsizlik problemləri ilə bağlı Zukerberqdən – AÇIQLAMA

“Facebook”da təhlükəsizlik problemləri ilə bağlı Zukerberqdən – AÇIQLAMA

Baxış sayı: 2. 614 dəfə baxılıb.

“Facebook” təsisçisi Mark Zukerberq, sosial şəbəkədə məlumat təhlükəsizliyi ilə bağlı problemlərin tam həllini tapmasına bir neçə il vaxt lazım gələcəyini bildirib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Vox” məlumat yayıb.

“Bir neçə ilə bunun öhdəsindən gələcəyimizə inanıram…Çox istərdim ki,  bütün bu problemlərin üç və ya altı aydan sonra həllini tapacağını deyim, ancaq reallıq ondan ibarətdir ki, bəzi məsələlərin həlli daha uzun vaxt çəkir” deyə Zukerberq qeyd edib.  

O, eyni zamanda bildirib ki, hazırda şirkətdə şəxsi məlumat təhlükəsizliyinin təmin olunması üzərində 14 minə yaxın insan çalışır.  

Qeyd ki, bir müddət əvvəl Zukerberq “Facebook”dan məlumatların sızmasına görə, Britaniya qəzetləri vasitəsi ilə sosial şəbəkə istifadəçilərindən üzr istəmişdi.

Xatırladaq ki, iki həftə əvvəl sosial şəbəkə fəalları və blogerlər “Facebook” hesablarının kütləvi şəkildə bağlanması üzrə “deletefacebook” fleşmobunu işə salıb.

Kütləvi virtual aksiyaya “Cambridge Analytica” şirkətinin  50 milyondan çox “Facebook” istifadəçisinin şəxsi məlumatlarından öz məqsədləri üçün icazəsiz istifadə etməsi haqqında xəbərlərin yayılması təkan verib.

İddiaya görə, Donald Trampa aid şirkətin mənafeyindən çıxış edən “Cambridge Analytica” seçicilərin nəyə üstünlük verdiyini araşdırıb və bunun əsasında seçicilərin siyasi seçimlərinin təhlili alqoritmini ərsəyə gətirib.

.
www.ÇıxışYolu.Com