“Facebook” təsisçisi Mark Zukerberq sosial şəbəkədən məlumatların sızması qalmaqalı ilə əlaqədar ABŞ senatı qarşısında ifadə verir.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat verir.
Zukerberq konqresdə onlarla milyon sosial şəbəkə istifadəçisinin şəxsi məlumatlarının üçüncü şəxslərə hansı yolla sızdırıldığına dair senatorların suallarını cavablandırır.
Zukerberq eyni zamanda “Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi” istintaqı üzrə ifadə verəcək.
Dinləmənin əvvəlində senator Feynştayn Zukerberqə “rusiyalı trollar” və “Cambridge Analytica”şirkətinin adını xatırladaraq, zalda əyləşənlərə bu iki böyük qalmaqalı qısa xülasə edib.
“Biz şəxsi məlumatların qorunması, təhlükəsizlik və demokratiya ilə bağlı bir sıra problemlərlə üzləşmişik, ona görə, mənə istədiyiniz mürəkkəb sualları verməyə tam ixtiyarınız var” deyə Facebook rəhbəri açılış nitqində bildirib.
Xatırladaq ki, Zukerberq bundan bir neçə gün əvvəl, sosial şəbəkədən milyonlarla istifadəçinin şəxsi məlumatlarının sızmasına görə, ictimai şəkildə üzr istəyib.