8bb7b114-5ffa-4c42-bf81-af7d1156ccc1..jpg

Zulayho Mahkamova: “Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 210 müəssisə fəaliyyət göstərir”

Baxış sayı: 595 dəfə baxılıb.

Zulayho Mahkamova: “Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 210
müəssisə fəaliyyət göstərir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qoşulmama Hərəkatının bugünkü konfransı gender bərabərliyinə nail olmaq və
qadınları dəstəkləmək üçün böyük əhəmiyyət kəsb edir”.

“Report” xəbər verir ki, bunu Özbəkistan baş nazirinin müavini Zulayho
Mahkamova Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və
səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda
çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Özbəkistan qadınların hüquqlarının inkişaf etdirilməsi
missiyasına qoşulub:

“Ölkəmiz bu məqsədə çatmaq üçün bir sıra mühüm addımlar atıb. Belə ki, 100-ə
yaxın hüquqi sənəd qəbul edilib, bu məsələ ilə bağlı bir sıra beynəlxalq
sənədlər ratifikasiya olunub”.

Baş nazirin müavini qeyd edib ki, qadın sahibkarlığını dəstəkləmək üçün
Özbəkistan güzəştli sistemlə kreditlər verməyə başlayıb.

Z.Mahkamova vurğulayıb ki, bu konfrans Özbəkistanla Azərbaycan arasında
ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edəcək:

“Bu tədbir iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün çox
vacibdir. Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 210 müəssisə
fəaliyyət göstərir və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün
potensial mövcuddur”.

Source link