6fa6acbb-5517-44b6-9f79-5a732a822b47..jpg

Zülfiyyə Qurbanova: “Övladım olsa, istəmərəm Azərbaycanda aktyor olsun”

Baxış sayı: 766 dəfə baxılıb.

Zülfiyyə Qurbanova: “Övladım olsa, istəmərəm Azərbaycanda aktyor olsun”

“Görürük ki, yaşlı aktyorlar işdən çıxarılır, sənətdən gedirlər və s. O aktyor
çörək yeməsin? Ac qalsın? Nə etsin? Məncə, aktyor səhnədə ölməlidir”.

Bu sözləri Lent.az-a açıqlamasında aktrisa Zülfiyyə Qurbanova deyib. O,
incəsənət sahəsini vəfasız adlandırıb və işdən çıxarılan aktyorlardan söz açıb:

“İncəsənət çox vəfasız sahədir. Bu sahədə qayğısızlıq hər dövrdə olub. Nə
qədər aktyor, aktrisalarımız var ki, haqsızlıqlarla üzləşirlər. İşdən
çıxarılmalar və s. 70 yaşlı obrazı kim oynasın bəs? Məncə, aktyor səhnədə
ölməlidir. Ona bir dəstə gül vermək də, ad günündə tort kəsmək belə diqqətdir.
Onun özü belə qayğıdır. Sənət adamlarının maddiyyatdan daha çox, mənəvi qayğıya
ehtiyacları var. Məndən soruşsanız ki, övladın olsa, gələcəkdə aktyor, aktrisa
olmaq istəsə, icazə verərsənmi? Deyərəm ki, yox. İstəmərəm Azərbaycanda aktyor
olsun. Əziyyəti, stresi çox, qazancı da az. Üstəlik vəfasızdır. Aktyor olmaq
istəyirsə, xarici ölkələrdə ol. Azərbaycanda olma”.

Source link