Zülfiyyə Xanbabayeva bəyənmədiyi mahnısının adını AÇIQLADI – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xalq artisti Zülfiyyə Xanbabayeva repertuarında oxumaq istəmədiyi mahnıların
olduğunu deyib.
Cixisyolu.com xəbər verir ki, bu barədə “Söhbət var” verilişində danışan sənətçi
həmin ifalarından birinin adını açıqlayıb.
“Mənim repertuarımda bəyənmədiyim mahnılar da olub. Əlbəttə ki, heç kim məni
onu oxumağa məcbur edə bilməz. Xətir söhbəti olub arada. Həmin mahnılar hit
olub. Onlardan biri “Anladım sonunda” mahnısıdır. Mahnını yazdım, bitirdim,
Gövhər Həsənzadənin mahnısı idi. Sonra çıxdım dedim ki, bu mənim mahnım deyil.
Bir neçə müğənniyə getdi, gördülər ki, mən oxumuşam qəbul etmədilər. 31
dekabrda yeni il çəkilişi idi, mahnını oxudum. Dedim mahnını bir dəfə
verirsiniz, onunla da bitdi. Mahnı oldu hit. Bu günə qədər o mahnı dinlənilir”,
– deyə Xalq artisti söyləyib.
Ətraflı videoda: