Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Əvvəl fikirləşmişəm ki, 50 yaşın varsa, get otur evdə, oxuma. Bu da mənim
səhvim olub. Özüm o yaşa gəlib çatandan sonra düşündüm, ağlıma belə gəlməzdi
ki, bu yaşlarımda səhnəyə çıxım. Demək ki, başımdan böyük danışmışam. Bu isə
mənim səhvim olub”.
Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva “Söhbət var” verilişində deyib.
56 yaşlı sənətçi səhnədən danışıb.
“Bu gün tələbatlı olum, mən səhnədə ölmək istəyirəm”, – deyənlər kimi
düşünmürəm. Səhnədə də ölmək istəmirəm. Bu mövzunun ətrafında düşünüb,
daşınmamışam. Axarına buraxmışam. Şansa inanan insanlardanam. O şans mənə
verilib və mən ondan yapışmağı bacarmışam”, – deyə Xanbabayeva əlavə edib.