ABŞ 10 “rusiyalı oliqarxa” qarşı sanksiyalar hazırlayır

ABŞ 10 “rusiyalı oliqarxa” qarşı sanksiyalar hazırlayır

Baxış sayı: 2. 845 dəfə baxılıb.

Tramp administrasiyası bu həftə 10-a yaxın rusiyalı oliqarxa qarşı sanksiyalar qəbul edə bilər.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən informasiya yayıb.

Agentliyin məlumatına görə, barələrində məhdudlaşdırıcı ölçülər qəbul olunacaq rusiyalı iş adamlarının yekun siyahısı hələ təsdiq olunmayıb.

Sanksiyaların “Rusiyanın 2016-cı ABŞ seçkilərinə müdaxiləsi” istintaqı  ilə əlaqədar qəbul olunacağı güman edilir.

Bundan əvvəl “The Washington Post” məhdudlaşdırıcı ölçülərin yalnız ABŞ Maliyyə nazirliyinin siyahısına düşmüş altı şəxs barədə qəbul olunacağını bildirmişdi.

Xatırladaq ki, ABŞ-ın Maliyyə nazirliyi yanvar ayında “kremel siyahısı” hazırlayaraq, sənədə 210 nəfərin o cümlədən, keçmiş rusiyalı məmurların, iri biznesmenlərin və dövlət şirkətləri rəhbərlərinin adlarını daxil edib.

www.ÇıxışYolu.Com