Skripalın qızı açıqlama verdi

Skripalın qızı açıqlama verdi

Baxış sayı: 2. 759 dəfə baxılıb.

İngiltərə baş polis idarəsi rəsmi internet səhifəsində Solsberi şəhərində zəhərlənmiş keçmiş kəşfiyyat polkovniki Serqey Skripalın qızı Yuliya Skripalın verdiyi bəyanatın mətnini dərc edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

“Bir həftə əvvəl özümə gəldim, gündən-günə yaxşılaşıram. Mənimlə maraqlanan, tez sağalmağımı təmənni edən, şəfa diləyən insanlara təşəkkür edirəm”

Yuliya eyni zamanda Solsberidə atası ilə huşsuz vəziyyətə düşdükdən sonra onlara yardım əlini uzatmış Solsberi sakinlərinə minnətdarlıq edib.

Yuliya atasının səhhəti barədə hər hansı açıqlama verməyib.  O, Solsberidə baş verən insidenti “ağıl çaşdıran” bir hadisə kimi qələmə verib və jurnalistlərdən sağalana qədər onun şəxsi həyatına hörmətlə yanaşmağı, onu narahat etməməyi xahiş edib.

.
www.ÇıxışYolu.Com