Ağ Ev ABŞ birinci xanımının köməkçisi Uinston Volkofla müqaviləyə xitam verib. Buna səbəb onun şirkətinin Donald Trampın inauqurasiyası zamanı bayram tədbirlərinin təşkilatçılığından 26 milyon dollara yaxın gəlir qazanmasıdır.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bundan əvvəl New York Times qəzeti Trampın inaqurasiya komitəsinin hesabatını təhlil etdikdən sonra Volkofun müqavilənin təmənnasız xidmətlərin göstərilməsi haqqında müddəasının tələblərini pozduğunu ortaya çıxarmışdı. Volkofun əsas şirkəti “WIS Media Partners” belə tədbirlərin təşkilindən nə az, nə çox 25,8 milyon dollar gəlir götürüb.
“Birinci xanımın ofisi xanım Volkofla bağlanmış təmənnasız xidmətlərin göstərilməsi haqqında müqaviləyə xitam verib. Biz ona çəkdiyi əziyyətə görə minnətdarıq və ona gələcək işində uğurlar arzulayırıq” deyə Melani Trampın köməkçisi yayılan xəbəri şərh edərkən bildirib.