Hindistanda fil fermeri tapdalayıb öldürdü – VİDEO

Hindistanda fil fermeri tapdalayıb öldürdü – VİDEO

Baxış sayı: 2. 527 dəfə baxılıb.

Hindistanın Karnataka ştatında fil fermeri öldürüb.

ÇıxışYolu.Com  “Layf.ru”-a istinadən xəbər verir ki, Kurubur kəndinin sakinləri  meşədən çıxan vəhşi fil sürüsünü yaşayış evlərinin qarşısından uzaqlaşdırmağa çalışıb.

Daş və petardalardan istifadə etməklə, heyvanları gölə tərəf qovublar, onların gölün qarşı sahilinə keçəcəyinə ümid ediblər.  Elə də olub. Fil sürüsü meşəyə qayıdıb. Ancaq fillərdən biri insanlardan intiqam almağa qərar verib.

Yerli sakinlərdən birinin çəkdiyi görüntüdə, izdihamın təşviş içində çılğın fildən qaçdığını görmək olur. Fermerlərdən biri xilas ola bilmir. Fil onu yerə yıxaraq tapdalayır, dişləri ilə xəsarət yetirir, hətta şikarını havaya uçurur.

Meşə idarəinin əməkdaşları hadisə yerinə yalnız iş-işdən keçəndən sonra gəlib çatır. Departament həlak olan fermerin ailəsinə 5520 funt (13085 manat) məbləğində kompensasiya verməyə razılaşıb.

www.ÇıxışYolu.Com