Almaniya Müdafiə Nazirliyi kiberhücuma məruz qaldı

Almaniya Müdafiə Nazirliyi kiberhücuma məruz qaldı

Baxış sayı: 3. 122 dəfə baxılıb.

Almaniyada Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin serverləri güclü kiberhücuma məruz qalıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Almaniyanın “DPA” agentliyi aidiyyəti mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, söhbət “APT28” haker qrupunun hücumundan gedir.  Bir sıra ölkələr bu qrupun Rusiya ilə əlaqəli olduğunu iddia etsə də, “rus izi” barədə hər hansı tutarlı sübut yoxdur.

Hücuma məruz qalmış serverlərin buna qədər “kənardan müdaxilələrə həssaslıq” baxımından tam təhlükəsiz olduğu hesab edilirdi.  

“APT28” haker qrupu, eyni zamanda “Fancy Bears” adı ilə tanınır. Dövlət, informasiya, hərbi və digər strukturlara kiberhücumlar həyata keçirir.  Son hücumun motivləri hələ ki, bəlli deyil.

www.ÇıxışYolu.Com